Bizi sosial şəbəkələrdən izləyin:
Bir müddət əvvəl "Neftçi" ilə yollarını ayıran Samir Abasov xaricdən təklif alıb.
Moderator.az xəbər verir ki, bu barədə AZƏRTAC-a 47 yaşlı mütəxəssisin özü məlumat verib.
O, qarşı tərəflə danışıqların aparıldığını bildirib:
"İki tərəf arasında olan söhbətlərdir. Hansı ölkə olduğunu deyə bilməyəcəyəm. Yalnız dəqiqləşdikdən sonra məlumat verəcəyik".
S.Abbasov son günlər adının "Araz-Naxçıvan" və "Turan Tovuz"la hallanmasına da münasibət bildirib:
"Azərbaycan klublarının heç birindən təklif almamışam. Ümumiyyətlə, danışıqlarımız olmayıb".
Mütəxəssis "Neftçi" haqqında isə danışmaq istəmədiyini vurğulayıb.