02:57
7°C
Bakı
"Əl-İttihad" futbol klubunun hücumçusu Kərim Benzema sevgilisi ilə görüşmək üçün Parisdə yerləşən Luvr muzeyini 12 000 avroya icarəyə götürüb.
Moderator.az xəbər verir ki, bu barədə "Sport-Express" məluimat yayıb.
Məlumata görə, futbolçu 33 yaşlı aktrisa və model Lina Kudri ilə görüşür. Cütlük boş muzeydə birlikdə vaxt keçiriblər.
Xatırladaq ki, Benzema 2023-cü ildən bəri "Əl-İttihad"da oynayır. Bu mövsüm 37 yaşlı fransız bütün yarışlarda 12 oyunda iştirak edib və 11 qol vurub. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.