22:07
8°C
Bakı
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Jeremi Doku zədələndiyi üçün 2025-ci ildə meydana çıxa bilməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçikalı vinger təqribən 2-3 həftəlik yaşıl meydanlardan kənar qalacaq. Onun 2026-cı il yanvarın 1-də Premyer Liqada "Sanderlend"lə matça qədər hazır olması istisna edilmir.
Qeyd edək ki, 23 yaşlı Doku cari mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 22 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.