Bu titul Bakıya təhvil verildi
İdman
185
19:17, Bu gün

Bu titul Bakıya təhvil verildi

Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilərək, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.

Moderator.az xəbər verir ki, dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndələrinin iştirakı ilə Dünya İdman Paytaxtları xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.

Bildirilib ki, Bakı şəhəri beynəlxalq idman ictimaiyyəti üçün əlamətdar bir status qazanaraq 2026-cı il üzrə “Dünya İdman Paytaxtı” adına layiq görülüb.

Mərasimdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ACES-in prezidenti Gian Francesco Lupattelli, ACES-in baş katibi Hugo Alonso Castanon, həmçinin Monako Knyazlığının sabiq təhsil, gənclər və idman naziri Isabelle Claude Aline Bonnal iştirak ediblər.

Link kopyalandı!
Son xəbərlər