Donnarumma ilin ən yaxşı qapıçısı seçilib
İdman
428
18:50, Bu gün

Donnarumma ilin ən yaxşı qapıçısı seçilib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) versiyasına görə, Canluici Donnarumma ilin ən yaxşı qapıçısı seçilib.

Moderator.az xəbər verir ki, bu barədə FIFA rəsmi məlumat yayıb.

İtaliyalı qapıçı ötən mövsüm PSJ-nin heyətində UEFA Çempionlar Liqasının (ÇL), Fransa çempionatının və Fransa Kubokunun qalibi olub.

Məşhur qolkiper ÇL-də 17 oyundan 15-də start heyətində meydana çıxıb və altı görüşdə qapısını toxunulmaz saxlayıb. Donnarumma ÇL-in simvolik komandasına da daxil edilib. Qapıçı, həmçinin Fransa çempionatında 24 oyun keçirib və turnirin ən yaxşı qapıçısı seçilib.

Qeyd edək ki, italiyalı qapıçı sentyabrda PSJ-dən "Mançester Siti"yə transfer olunub.

Link kopyalandı!
Son xəbərlər