Levandovski Messinin komanda yoldaşı ola bilər
İdman
850
16 Dec 2025 | 18:00

Levandovski Messinin komanda yoldaşı ola bilər

"Barselona"nın və Polşa yığmasının hücumçusu Robert Levandovski argentinalı futbol ulduzu Lionel Messinin komanda yoldaşı ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə Polşa seçməsinin keçmiş futbolçusu və hazırda jurnalist olan Marek Yuzvyak məlumat verib.

Onun sözlərinə görə, Messinin heyətində yer aldığı ABŞ-nin "İnter Mayami" klubu 37 yaşlı polşalı hücumçunu ilin sonunda müqaviləsi başa çatacaq uruqvaylı forvard Luis Suaresin yerinə transfer etməkdə ciddi şəkildə maraqlıdır.

İddiaya görə, ABŞ klubu artıq Levandovski üçün Mayamidə mənzil axtarır.

Levandovskinin Kataloniya təmsilçisi ilə müqaviləsi cari mövsümün sonuna qədərdir.

Link kopyalandı!
Son xəbərlər