PSJ tarixi nailiyyətin bir addımlığında
İdman
199
16:06, Bu gün

PSJ tarixi nailiyyətin bir addımlığında

PSJ dekabrın 17-də “Flamenqo” ilə qitələrarası dünya kubokunun finalında üz-üzə gələcək.

Moderator.az xəbər verir ki, bu, Paris klubuna muzeyinə yeni bir titul əlavə etmək və uğurlar siyahısını zənginləşdirmək üçün fürsət olacaq.

Bu kubok Fransa nəhənginin adını tarixə yaza bilər. “Flamenqo”nu məğlub edərsə, ÇL-in qalibi bir il ərzində altı titul qazanmış üçüncü komanda olacaq. Beləliklə, PSJ 2009-cu ildə bu uğuru reallaşdıran “Barselona” və 2020-ci ildə bunu bacaran “Bayern”ə qoşulacaq.

Cari Fransa çempionları bu il artıq beş titul qazanıb: Liqa 1, Fransa kuboku, Fransa superkuboku, Çempionlar Liqası və UEFA Super Kuboku.

Link kopyalandı!
Son xəbərlər