“Siti” Messiyə görə “Barselona”ya görün nə qədər təklif edib: Laporta qəzəblənib
İdman
830
11:55, Bu gün

“Siti” Messiyə görə “Barselona”ya görün nə qədər təklif edib: Laporta qəzəblənib

“Barselona” 2008-ci ildə “Mançester Siti”nin Lionel Messi üçün səhvən 30 milyon funt sterlinq məbləğində təklif göndərməsindən sonra şoka düşüb və qəzəblənib.

Moderator.az xəbər verir ki, həmin dövrdə “şəhərlilər” yeni sahiblərin rəhbərliyi altında yeni mərhələyə qədəm qoyub və transfer bazarında dərhal səs-küy yaratmaq istəyib.

Komandanın o vaxtkı baş məşqçi Mark Hyuzun köməkçisi Mark Bouenin sözlərinə görə, klub transfer pəncərəsinin sonlarında ulduz futbolçular üçün tələsik şəkildə bir neçə eyni məzmunlu təklif göndərib.

Hədəflər arasında Dimitar Berbatov, Frank Riberi, Robinyo və gözlənilmədən Lionel Messi də olub.

Təklif “Barselona”nın prezidenti Xuan Laportanın masasına qədər çatıb və onun bu təklifə əsəbləşərək dərhal rədd cavabı verdiyi bildirilir. Nəticədə “Mançester Siti” Robinyonu transfer edib, Messi isə “Barselona”da tarixi bir dövrün simvoluna çevrilib.

Link kopyalandı!
Son xəbərlər