09:28
5°C
Bakı
Rusiyalı məşqçi Sergey Yuran Türkiyənin "Serik Spor" futbol klubundan FIFA-ya şikayət edib.
Moderator.az bu barədə "Sovsport" nəşrinə istinadən xəbər verir.
Buna səbəb kimi klubun Yurana olan borcunu vaxtında qaytara bilməməsi göstərilir.
"Ödəniş noyabrın 15-də həyata keçirilməli idi, lakin bu, baş vermədi. Buna görə də hüquqşünaslar sənədləri FIFA-ya təqdim ediblər. İndi FIFA bu pulları klubdan almalıdır" , - deyə Yuran vurğulayıb.
Xatırladaq ki, 56 yaşlı Yuran 2025-ci ilin iyulundan oktyabrınadək "Serik Spor"un baş məşqçisi olub.