06:51
2°C
Bakı
Türkiyə Superliqasında 16-cı tura yekun vurulub.
Moderator.az xəbər verir ki, turun bağlanış matçında "Fənərbağça" "Konyaspor"u qəbul edib.
Meydan sahibləri qonaqlara şans verməyiblər. Taliskanın (28, pen., 37) dublu, Müldür (30) və Asensionun (87) dəqiq zərbələri sayəsində İstanbul klubu qarşılaşmanı darmadağınla başa vurub - 4:0.
Bu nəticədən sonra "sarı-lacivərdlər" 36 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıblar. "Fənər"i əzəli rəqibi və yarışın lideri "Qalatasaray"dan 3 xal ayırır. Konya təmsilçisi isə 16 xalla 12-ci yerdədir.