"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi karyerasına yenidən İtaliyada davam etmək istəyir.
Moderator.az "Sky Sports"a istinadən xəbər verir ki, İkardi bu tələbini "Qalatasaray" rəhbərliyinə çatdırıb.
Məlumata görə, "Milan" klubu Mauro İkardi transferi ilə maraqlanmadığını aydın şəkildə ifadə edib.
"Qalatasaray" rəhbərliyi isə ara transfer dönəmində cəlbedici bir təklif gəlməsi halında oyunçunun ayrılmasına müsbət yanaşır.
İkardinin transferi üçün Serie A-dan "Fiorentina" və "Cenoa"nın ciddi maraq göstərdiyi bildirilir.
Qeyd edək ki, müqaviləsi mövsümün sonunda bitəcək olan 32 yaşlı hücumçu bu mövsüm liqada çıxdığı 15 matçda 8 qol vurub. "Qalatasaray" karyerasına sentyabr 2022-ci ildə başlayan İkardi bu günə qədər çıxdığı 108 rəsmi qarşılaşmada 69 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, 32 yaşlı təcrübəli hücumçu İtaliyada daha öncə "Sampdoriya" və "İnter"də çıxış edib.