Məşhur futbolçu onu çəkən azarkeşə hücum etdi - VİDEO
İdman
320
15:52, Bu gün

Məşhur futbolçu onu çəkən azarkeşə hücum etdi - VİDEO

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun və Portuqaliya millisinin müdafiəçisi Jоao Kanselo təyyarə reysi zamanı sərnişinlərdən birinə qarşı aqressiv davranıb.

Moderator.az xəbər verir ki, Kanselo onu videoya çəkən sərnişini şəxsi həyatına hörmətsizlikdə ittiham edib və telefonunu əlindən almağa cəhd göstərib.

31 yaşlı Jоao Kanselu Portuqaliya millisinin heyətində 64 oyun keçirib və 12 qol vurub. O, karyerası ərzində “İnter”, “Yuventus”, “Bayern”, “Mançester Siti” və “Barselona” kimi klublarda çıxış edib.

 

Link kopyalandı!
Son xəbərlər