Azərbaycan çempionatları tarixində 6000-ci oyun keçirilib
İdman
450
13:30, Bu gün

Azərbaycan çempionatları tarixində 6000-ci oyun keçirilib

Misli Premyer Liqasının XV turunun "Qarabağ" - "Araz-Naxçıvan" oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
 
Bildirilib ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.
 
6000 matçdan 279-da texniki nəticə (faktiki məğlubiyyət - red.) qeydə alınıb.
 
1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/02 və 2019/20 mövsümləri yarımçıq dayandırılıb.
 
Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər