Türkiyə Superliqası:
İdman
441
14 Dec 2025 | 23:30

Türkiyə Superliqası: "Beşiktaş" - "Trabzonspor" matçında qalib olmadı

Türkiyə Superliqasının 16-cı turu mərkəzi matçla əlamətdar olub.

Moderator.az xəbər verir ki, "Beşiktaş" səfərdə "Trabzonspor"la qarşılaşıb.

Oyunda qalibi müəyyən etmək mümkün olmayıb.

İstanbul klubu ilk hissənin sonlarından azlıqda qalıb. Buna baxmayaraq, "qartallar" səfərdən xalla ayrılıblar - 3:3.

Hazırda "Trabzonspor" 35 xalla yarış cədvəlində lider "Qalatsaray"ın (39 xal) ən yaxın izləyicisidir. "Beşiktaş" isə aktivindəki 26 xalla 5-cidir.

Link kopyalandı!
Son xəbərlər