01:35
4°C
Bakı
İtaliya A Seriyasının 15-ci turunda lider dəyişib.
Moderator.az xəbər verir ki, "İnter" səfər qələbəsi sayəsində zirvəyə yüksəlib.
"Cenoa"nın qonağı olan komanda 1:2 hesabı ilə meydan sahiblərindən üstün olub.
Beləliklə, xallarını 33-ə çatdıran "İnter" əzəli rəqibi "Milan"ı 1 xal üstələyərək turnir cədvəlində zirvəyə qalxıb. "Cenoa" isə 14 xalla 16-cı sırada qərarlaşıb.