Azərbaycan boksçusu:
İdman
795
14 Dec 2025 | 19:53

Azərbaycan boksçusu: "Dünya çempionatında yaxşı nəticə əldə etdik"

"Düşünürəm ki, dünya çempionatında yaxşı nəticə əldə etdik".
 
Moderator.az xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanaraq Vətənə dönən Azərbaycan boksçusu Alfonso Dominqes jurnalistlərə açıqlamasında deyib.
 
"Biz bu dünya çempionatına çox yaxşı hazırlaşmışdıq. Boksçuların hazırlıq səviyyəsi yüksək idi. Sübhan Mamedov qızıl, mən və Məhəmməd Abdullayev isə bürünc medala yiyələndik. Ümumi komanda hesabında dördüncü olduq", - Dominqes bildirib.
 
Gələcək planlar barədə danışarkən idmançı qeyd edib ki, Olimpiadada şəxsi nəticəsini yeniləməkdən ötrü mübarizəyə qoşulacaq: "Bir gümüş və bir bürünc medalım var. Olimpiya oyunlarına ciddi hazırlaşmalıyıq. Bu dəfə birincilik qazanmaq istəyirəm İlk növbədə lisenziya əldə etmək, daha sonra isə qızıl medal barədə düşünmək olar".
 
Xatırladaq ki, Azərbaycan boksçusu, 30 yaşlı Alfonso Dominqes (92 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatından bürünc medalla ayrılıb.
 
Link kopyalandı!
Son xəbərlər