Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Premyer Liqasının XV turunda “Qarabağ” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.
Moderator.az xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda qolları Toral Bayramov (30, 90+5), Nəriman Axundzadə (41), Joni Montiel (57), Leandro Andrade (72); Roman Maçado (76) vurublar.
Bu nəticədən sonra Qurban Qurbanovun kollektivi 33 xalla turnir cədvəlinin liderliyinə yüksəlib. 23 xalı olan “Araz-Naxçıvan” isə 6-cı pillədə yer alır.
Qeyd edək ki, günün digər qarşılaşmasında “Kəpəz” “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.