Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Premyer Liqasının XV turunda “Kəpəz” və “Qəbələ” komandaları üz-üzə gəlib.
Moderator.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmanın 38-ci dəqiqəsində İbrahim Sanqare qırmızı vərəqə ilə cəzalandırılaraq “qırmızı-qaralar”ı azlıqda qoyub. Matçın 54-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Ryonosuke Ohori fərqlənərək komandasının qələbə qolunun müəllifi olub.
Bu nəticədən sonra Azər Bağırovun komandası 9 xalla turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. Kaxaber Tsxadadzenin kollektivi isə 8 xalla 11-ci pillədə yer alır.
Qeyd edək ki, günün növbəti matçında “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Azersun Arena”da baş tutacaq görüş saat 17:30-da start götürəcək. Tura dekabrın 15-də yekun vurulacaq.