Bizi sosial şəbəkələrdən izləyin:
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatı başa çatıb.
Moderator.az xəbər verir ki, yarışın yekun nəticələrinə əsasən, Azərbaycan karateçiləri müxtəlif yaş və çəki dərəcələrində medal qazanıblar.
Cavid Kazımlı (16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medala layiq görülüblər. Rəhman Yusubov (14-15 yaş, 75 kq) gümüş medal əldə edib. Vaqif Bəndəliyev (16-17 yaş, 70 kq) və Toğrul Orucov (12-13 yaş, 60 kq) isə bürünc medala sahib olublar.