Muslera iki penaltini dəf edərək komandasını çempion etdi
İdman
834
14:47, Bu gün

Muslera iki penaltini dəf edərək komandasını çempion etdi

Fernando Musleranın çıxış etdiyi "Estudiantes" klubu Argentina çempionu adını qazınıb.

Həlledici qarşılaşmada "Rasinq" ilə üz-üzə gələn "Estudiantes" oyun sonrası penaltilərdə çempionluğu təmin edib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penalti seriyasında isə "Qalatasaray"ın keçmiş qapıçısı Muslera rəqib futbolçularının iki penaltisini dəf edib.

"Estudiantes" 11 metrlik zərbələrdə 5:4 hesabı ilə üstün olub. Qeyd edək ki, bu, uruqvaylı qapıçının karyerasında qazandığı 23-cü tituldur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər