01:03
3°C
Bakı
İspaniya La Liqasının 16-cı turunda "Osasuna" üzərində 2:0 hesablı qələbə qazanan "Barselona" ölkə çempionatındakı qol seriyasını ardıcıl 37 oyuna çatdırıb.
Moderator.az bu barədə Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, bu, La Liqa tarixində ikinci ən uzun qol seriyasıdır. 2024-cü il dekabrın 21-də başlayan seriya Ernesto Valverdenin (2018-2019-cu illər) dövründəki rekordu təkrarlayıb.
Bu müddət ərzində Hans Flikin komandası 101 qol vurub. İspaniya çempionatında "Barselona"nın qol seriyası üzrə mütləq rekordu 63 ardıcıl matçdır.