Misli Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək
İdman
633
08:42, Bu gün

Misli Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək

Bu gün Misli Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək.
 
Moderator.az xəbər verir ki, günün açılış qarşılaşmasında "Kəpəz" "Qəbələ"ni qəbul edəcək.
 
Yevlax şəhər stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək.
 
Günün ikinci oyununda isə "Qarabağ" klubu öz meydanında "Araz-Naxçıvan" komandası ilə üz-üzə gələcək.
 
"Azersun Arena"da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.

Misli Premyer Liqası

XV tur

14 dekabr

14:00. "Kəpəz" - "Qəbələ"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov

VAR: Cavid Cəlilov

AVAR: Emin Əliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Yevlax şəhər stadionu

17:30. "Qarabağ" - "Araz-Naxçıvan"

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

"Azersun Arena"

Link kopyalandı!
Son xəbərlər