FIFA Argentina milli futbol assosiasiyası daxilindəki qalmaqala görə ölkə millisini 2026-cı il dünya çempionatından kənarlaşdıra bilər.
Moderator.az xəbər verir ki, bu barədə "La Nacion" məlumat verib.
Belə ki, bir neçə gün Argentina Futbol Assosiasiyasının rəhbəri Klaudio Tapianın işi ilə bağlı yeni axtarışlar aparılıb. Bu axtarışlar həm də onun etibarlı şəxsi Pablo Toviginyo və təşkilatın xəzinədar müavini Luçiano Nakislə bağlı araşdırmanın bir hissəsidir. Məmurlar xeyli sərvət toplamaqda şübhəli bilinirlər.
Xatırladaq ki, Argentina milli komandası hazırkı dünya çempionudur. 2026-cı il dünya çempionatında komanda Avstriya, Əlcəzair və İordaniya ilə bir qrupda yer alır. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.