01:29
5°C
Bakı
Türkiyə Superliqasının 16-cı turunda lider "Qalatasaray" səfərdə "Antalyaspor"un qonağı olub.
Moderator.az xəbər verir ki, matç gözlənildiyi kimi çempionun üstünlüyü ilə keçib ki, bu da hesabda öz əksini tapıb - 1:4.
"Cim-Bom"un heyətəində Sane (7), Şallai (11), Osimhen (56) və İkardi (90+3) fəqləniblər. Meydan sahiblərinin qoluna isə van de Strek imza atıb.
Hazırda İstanbul klubu 39 xalla yarış cədvəlinin zirvəsindədir. Antalya təmsilçisi isə 15 xalla 15-cidir.