Misli Premyer Liqasında "Sabah" səfərdə "Turan Tovuz"u məğlub edib.
Moderator.az xəbər verir ki, görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində 31-ci dəqiqədə Coy Lens Mikels hesabı açıb. 68-ci dəqiqədə Velko Simiç fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Umarali Raxmonaliyev komandasının üçüncü qoluna imza atıb.
Tovuz klubunun heyətində Filip Ozobiç 82-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" hələlik birinci pillədə qərarlaşıb. "Turan Tovuz" 24 xalla beşinci sıradadır.
Günün ilk görüşündə "Zirə" səfərdə "Şamaxı"ya uduzub - 1:2.
Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.
16:08
Misli Premyer Liqasında XV tura start verilib.
Moderator.az xəbər verir ki, açılış oyununda "Şamaxı" və "Zirə" komandaları qarşılaşıb.
Şamaxı şəhər stadionunda keçirilən matçda meydan sahibi komanda 2:1 hesabı ilə qələbə qazanıb.
"Zirə"nin heyətində Georgi Papunaşvili 8-ci dəqiqədə hesabı açıb. "Şamaxı"nın qollarını isə 54-cü dəqiqədə Alfons Msanqa və 61-ci dəqiqədə penaltidən Karim Rossi vurublar.
Bu nəticədən sonra "Şamaxı" 20 xalla 7-ci, "Zirə" isə 27 xalla üçüncü pillədə qərarlaşıb.
08:30
Bu gün Misli Premyer Liqasında XV tura iki qarşılaşma ilə start verilir.
Moderator.az xəbər verir ki, günün ilk oyununda "Şamaxı" klubu doğma meydanda "Zirə"ni qəbul edəcək.
Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək.
Günün ikinci qarşılaşmasında isə "Turan Tovuz" "Sabah" ilə üz-üzə gələcək.
Tovuz şəhər stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq.
Turun digər oyunları isə 14-15 dekabrda keçiriləcək.
Misli Premyer Liqası: XV tur
13 dekabr
14:00, "Şamaxı" - "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı şəhər stadionu.
16:30, "Turan Tovuz" - "Sabah"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu.