19:51
8°C
Bakı
"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger "Qalatasaray"a keçə bilər.
"Qalatasaray" 32 yaşlı alman futbolçunu qış transfer pəncərəsinin əsas hədəfi kimi nəzərdən keçirir.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk da bu transferin həyata keçirilməsinə razılıq verib. "Qalatasaray" əvvəlcə futbolçu ilə danışıqlar aparmağı, daha sonra "Real Madrid" klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Rüdiger "Real Madrid"də 2022-ci ilin yayından çıxış edir. Bu müddət ərzində o, bütün turnirlər daxil olmaqla 161 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubla mövcud müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Onun qiyməti 12 milyon avro olaraq dəyərləndirilir.