İdman
146
15:20, Bu gün

"Beşiktaş" dopinqə görə cəza alan futbolçunu transfer etmək istəyir

"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Moderator.az "Eagle Media"ya istinadən xəbər verir ki, "Beşiktaş" futbolçuya ciddi maraq göstərir və onunla bağlı vəziyyəti diqqətlə izləyir.

İstanbul klubunun rəhbərliyi yanvarda danışıqları aktivləşdirməyə hazırdır və oyunçunu tam satın almaq variantını nəzərdən keçirir.

Qeyd edək ki, Mixail Mudrik 2024-cü ilin dekabrından dopinq testinin müsbət nəticə verdiyi üçün cəzalıdır. Onun diskvalifikasiyası yanvarın 17-də başa çata bilər.

Beşiktaş dopinqə görə cəza alan futbolçunu transfer etmək istəyir

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər