İspaniya La Liqasının ən bahalı futbolçuları müəyyənləşib
İdman
184
20:40, Bu gün

İspaniya La Liqasının ən bahalı futbolçuları müəyyənləşib

"Real"ın hücumçusu Kilian Mbappe və "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal İspaniya La Liqasının ən bahalı futbolçuları olublar.

Moderator.az-ın "Transfermarkt" onlayn portalına istinadən məlumatına görə, fransalı və ispaniyalı oyunçunun bazar dəyəri 200 milyon avroya bərabərdir.

Onları 160 milyon avro dəyəri olan Madrid klubunun və İngiltərə millisinin futbolçusu Cud Bellinqem izləyir.

Qeyd edək ki, hazırda La Liqanın turnir cədvəlinə 16 oyundan 40 xalla "Barselona" başçılıq edir. "Real" 36 xalla ikincidir.

Link kopyalandı!
Son xəbərlər