AFFA Almaniyada çıxış edən azərbaycanlı futbolçuları izləyir
İdman
251
17:17, Bu gün

AFFA Almaniyada çıxış edən azərbaycanlı futbolçuları izləyir

AFFA Almaniyanın "Qröyter Fürt" klubunda çıxış edən azərbaycanlı futbolçu Tuncay İsmayıllını izləyir.

Moderator.az xəbər verir ki, bu barədə AZƏRTAC-a AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev məlumat verib.

O, 2011-ci il təvəllüdlü oyunçunu diqqət mərkəzində saxlayacaqlarını bildirib:

"Tuncay yarımmüdafiəçidir. Bir həftə əvvəl onun haqqında mənə məlumat verilib. İndi həmin futbolçunun videolarına baxacağıq. Bəyəndiyimiz halda aşağı yaş qrupları üzrə yığmaya dəvət edəcəyik".

Bəxtiyar Musayev T.İsmayıllı ilə yanaşı, Almaniyanın digər klubu "Essen-Şönebek"də forma geyinən və daha əvvəl U-21 millimizə dəvət alan Murad Həmidovu da izlədiklərini vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər