19 yaşlı boksçumuz Avropa çempionatının finalında
İdman
180
17:00, Bu gün

19 yaşlı boksçumuz Avropa çempionatının finalında

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionatında finala yüksəlib.

Moderator.az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialın yarımfinalda Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən 19 yaşlı boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, finalda Edmond Xudoyanla (Rusiya) üz-üzə gələcək. Həlledici görüş dekabrın 13-də olacaq.

Digər boksçularımızdan Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatında bürünc medala sahib olublar.

Link kopyalandı!
Son xəbərlər