İdman
116
16:07, Bu gün

"Real Madrid" rəhbərliyi Vinisius Juniorun qarşısına ŞƏRT QOYDU

"Real Madrid" rəhbərliyi Vinisius Juniorun nümayəndələrinə öz şərtini çatdırıb.

Moderator.az xəbər verir ki, bu barədə "Le Journal du Real" internet nəşri məlumat yayıb.

Belə ki, klub yeni müqavilə üzrə şərtlərində güzəştə getməyəcək. Braziliyalı futbolçu ya ona əvvəl təklif olunan razılaşmanı imzalayacaq, ya da 2026-cı ilin yayında satışa çıxarılacaq.

Qeyd edək ki, Vinisiusun "Real Madrid"lə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Bu mövsüm braziliyalı hücumçu klub səviyyəsində 28 matç keçirib, altı qol vurub və səkkiz məhsuldar ötürmə edib. Onun bazar dəyərini 150 milyon avro qiymətləndirir.

Link kopyalandı!
Son xəbərlər