15:55
10°C
Bakı
"Liverpul"un futbolçusu Məhəmməd Salah qışda komandanı tərk edə bilər.
Səudiyyə Ərəbistanının adı açıqlanmayan bir klubu misirli hücumçuya yüksək məbləğdə maaş təklif edib.
Salah yeni klubunda həftədə 2.5 milyon, ildə isə 120 milyon funt sterlinq qazana bilər.
Xatırladaq ki, bir müddət əvvəl Salah "Liverpul"un baş məşqçisi Arne Slotla münaqişəyə girib və bu səbəbdən heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. O bu mövsüm 19 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.