Karlo Ançelottinin oğlu
İdman
189
12:44, Bu gün

Karlo Ançelottinin oğlu "Qarabağ"ın futbolçusunu istəyir

"Qarabağ"ın futbolçusu Pedro Bikalyo qışda komandanı tərk edə bilər.
 
Braziliyalı yarımmüdafiəçinin xidmətində ölkəsinin "Botafoqo" klubu maraqlıdır.
 
Baş məşqçisi Davide Ançelotti 24 yaşlı futbolçunu komandasında görmək istəyir.
 
Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
 
Bikalyo bu ilin yayında "Qarabağ"a transfer olunub. O, burada 25 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
 
Ağdam təmsilçisi onu itirmək istəmir və braziliyalı üçün yüksək məbləğ tələb edir. Onun klubla 2028-ci ilin yayına qədər müqaviləsi var.
 
Qeyd edək ki, Davide Braziliya yığmasının baş məşqçisi Karlo Ançelottinin oğludur. /Offsideplus.az/
 
Link kopyalandı!
Son xəbərlər