UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişmədi
İdman
134
11:22, Bu gün

UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişmədi

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası matçlarından sonra Azərbaycanın UEFA əmsallar cədvəlindəki mövqeyi dəyişməyib.
 
Moderator.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasında "Ayaks"a məğlubiyyəti xal qazandırmayıb. Azərbaycan 22.250 əmsalla 26-cı pillədəki yerində qalıb.
 
22.218 xala malik Sloveniya 27-ci pillədə qərarlaşıb. Aktivində 22.350 xal olan Ukrayna isə 25-ci pillədədir.
 
Qeyd edək ki, 55 ölkənin yer aldığı əmsallar cədvəlinə siyahısına İngiltərə (102.672) başçılıq edir.
Link kopyalandı!
Son xəbərlər