UEFA Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi
1891
11 Dec 2025 | 22:06

UEFA Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi

"Arsenal"ın vingeri Noni Madueke UEFA Çempionlar Liqasınının əsas mərhələsində həftənin oyunçusu seçilib.

Moderator.az bildirir ki, bu barədə məlumatı UEFA Mətbuat Xidməti yayıb.

23 yaşlı ingiltərəli futbolçu turnirin altıncı turunda səfərdə "Brügge" ilə oyunda (0:3) dubla imza atıb.

"Barselona"dan Jül Kunde, "Atalanta"dan Şarl de Ketelare və "Ayaks"dan Oskar Qluh da həftənin oyunçusu adına namizəd olublar.

Link kopyalandı!
Son xəbərlər