21:13
10°C
Bakı
Türkiyədə mərc oyunları ilə bağlı araşdırmalar çərçivəsində saxlanılan "Konyaspor"un seneqallı futbolçusu Alassane Ndao klubundan qovulub.
Moderator.az xəbər verir ki, bu barədə "Konyaspor" rəsmi məlumat yayıb.
Məlumata görə, afrikalı futbolçu 2020-ci ildən Türkiyədə çıxış edir. "Karagümrük", "Antalyaspor" və "İstanbulspor"da çıxış edən 28 yaşlı futbolçu ötən il "Konyaspor"a transfer olunub. Seneqallı oyunçu bu mövsüm 11 matçda meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.