Azərbaycanın üç boksçusu dünya çempionatında yarımfinala yüksəlib
İdman
300
14:23, Bu gün

Azərbaycanın üç boksçusu dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
 
Moderator.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Sübhan Mamedov (48 kq) Şodiyorjon Melikuzyevdən (Özbəkistan) güclü olub.
 
Avropa çempionu rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Sahil Alahverdovi (Gürcüstan) ilə döyüşəcək.
 
Alfonso Dominqes (92 kq) də 1/4 finaldan qalib ayrılıb. Dünya çempionu Andrey Zaplitnini (Moldova) mübarizədən kənarlaşdırıb - 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Dominqes növbəti görüşündə Turabek Xabibullayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.
 
Məhəmməd Abdullayev (+92 kq) isə Dovlet İslamov (Türkmənistan) üzərində qələbə qazanıb - 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Dünya çempionatının mükafatçısı yarımfinalda David Surovu (Rusiya) sınağa çəkəcək.
 
Hər 3 boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı da təmin edib.
 
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər