Çempionlar Liqası:
İdman
567
10 Dec 2025 | 23:37

Çempionlar Liqası: "Qarabağ" doğma meydanda "Ayaks"a uduzub - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.

Moderator.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 4:2.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.

Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.

"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubd müəllifi olub.

Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda altıncı qol vurulub.

Moderator.az-ın məlumatına görə, qonaqlar matçda dördüncü dəfə fərqləniblər - 2:4.

Oskar Qlux 90-cı dəqiqədə dubl müəllifi olub.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda beşinci qol vurulub.

Moderator.az-ın məlumatına görə, bu dəfə qonaqlar hesabda önə keçib - 3:2.

83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda dördüncü qol vurulub.

Moderator.az-ın məlumatına görə, qonaqlar yenidən hesabı bərabərləşdiriblər - 2:2.

Oskar Qlux 79-cu dəqiqədə fərqlənib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda növbəti qol vurulub.

Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib - 2:1.

47-ci dəqiqədə Mateus Silva fərqlənib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə start götürüb.

Moderator.az-ın məlumatına görə, hazırda hesab bərabərdir - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.

Moderator.az-ın məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.

22:25

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.

Moderator.az-ın məlumatına görə, qonaqlar hesabı bərabərləşdirib - 1:1.

Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.

21:56

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.

Moderator.az-ın məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb

21:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur oyununda Azərbaycan təmsilçisi "Qarabağ" Niderlandın "Ayaks" komandası ilə üz-üzə gəlir.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş başlayıb.

Görüşü sloveniyalı hakim Rade Obrenoviç idarə edir.

20:45

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ" və "Ayaks" (Niderland) komandaları arasında keçiriləcək VI tur oyunu üçün start heyətlər açıqlanıb.

Moderator.az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, , Pedro Bikalyo, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Addai, Marko Yankoviç.

Baş məşqçi: Qurban Qurbanov.

"Ayaks": Vitejlav Yaroş, Ko İtakura, Lukas Rosa, Mokio, Moro, Steur, Qlouk, Aaron Bouman, Yuri Baas, Kasper Dolberq, Anton

Baş məşqçi: Fred Qrim

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər