Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısında dəyişiklik edilir
İdman
1494
10 Dec 2025 | 18:03

Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısında dəyişiklik edilir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilib.

Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Azərbaycan İdman Akademiyası büdcədən maliyyələşdirilən qurumların siyahısından çıxarılıb.

Azərbaycan İdman Akademiyası publik hüquqi şəxslərin (PHŞ) siyahısına əlavə edilib.

Link kopyalandı!
Son xəbərlər