İdman
702
10 Dec 2025 | 16:04

"Qarabağ"ın gəncləri "Ayaks"a biabırçı hesabla uduzdu

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.
 
Moderator.az xəbər verir ki, Ağdam təmsilçisi 6-cı tur çərçivəsində Niderlandın "Ayaks" klubunu qəbul edib.
 
"Azersun Arena"da təşkil olunan görüş qonaqların 8:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Bununla da "Qarabağ"ın U-19 komandası turniri xalsız başa vurub. Sonuncu - 36-cı pillədə qərarlaşan Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv 6 oyunda cəmi 1 qol vurub, qapısından isə 30 qol buraxıb.
 
Qeyd edək ki, U-19 "Qarabağ" komandası daha əvvəl Bakıda İngiltərə "Çelsi"si ilə Danimarka "Kopenhagen"inə 0:5, İtaliyada "Napoli"yə 0:2, İspaniyada "Atletik Bilbao"ya 0:3, eləcə də Portuqaliyada "Benfika"ya 1:7 hesabı ilə uduzub.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər