Bizi sosial şəbəkələrdən izləyin:
"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
Moderator.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderland təmsilçisi "Ayaks"ın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Görüş "Azərsun Arena"da, saat 14:00-da start götürəcək. Əsas mərhələnin VI turunun matçını macarıstanlı FIFA referisi Marton Ruş idarə edəcək.
Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 35-ci pillədə qərarlaşıb. Qonaqlar 7 xalla 22-cidir.