UEFA Çempionlar Liqası:
İdman
262
00:05, Bu gün

UEFA Çempionlar Liqası: "Bavariya"dan inamlı qələbə

UEFA Çempionlar Liqasının liqa mərhələsində altıncı turun oyunlarına start verilib.

Moderator.az xəbər verir ki, gün ərzində baş tutucaq doqquz qarşılaşmadan ikisi artıq başa çatıb.

"Bavariya" öz meydanında "Sportinq"lə üz-üzə gəlib. Əvvəlcə avtoqola imza atan Münhen klubu sonradan rəqib qapısına üç dəqiq zərbə endirib - 3:1.

Digər matçda "Kayrat" doğma azarkeşləri önündə "Olimpiakos"u qəbul edib. Almatı təmsilçisi bu dəfə də meydanı xalsız tərk edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1.

Link kopyalandı!
Son xəbərlər