Almaniyalı məşhur qapıçı zədədən sonra
İdman
135
20:10, Bu gün

Almaniyalı məşhur qapıçı zədədən sonra "Barselona"nın məşqlərinə qoşulub

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen zədədən sonra yenidən komandanın məşqlərinə qatılıb.

Moderator.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 33 yaşlı almaniyalı qolkiper belindəki problemlər səbəbindən mövsümün startını buraxıb.

Qeyd edək ki, qapıçının "Barselona" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Kataloniyalılar hazırda 16 oyundan 40 xal toplayaraq İspaniya La Liqasında turnir cədvəlində birinci yerdə qərarlaşıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər