19:40
10°C
Bakı
"Bu gün UEFA Çempionlar Liqasında kifayər qədər xalımız var".
Moderator.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ"-"Ayaks" qarşılaşmasından əvvəl mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, bu günə qədər əldə olunanlar çox yaxşı nəticədir: "Dayanmaq istəmirik. Şansımız varsa, daha da irəli getmək istəyirik. Bugünədək olan nəticələrdən, futbolçularımdan çox razıyam. Daha keyfiyyətli kollektiv olmaq üçün yenə nəticə qazanmaq lazımdır"."
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq.