İdman
130
17:14, Bu gün

"Ayaks"ın baş məşqçisi "Qarabağ"la matçdan danışıb: Sabah uduza da bilərik

“Ayaks” UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunda sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

Moderator.az xəbər verir ki, Amsterdam təmsilçisinin baş məşqçisi Fred Qrim matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Klubdakılar bizə çox böyük dəstək verirlər. Bu da ümidvericidir. Bizim də öhdəliklərimiz var. Bakıya yaxşı səyahət oldu. Amma ucuz başa gəlmədi. Şadıq ki, azarkeşlərimiz bura gəliblər.

- "Qarabağ" haqda fikriniz necədir?

- Onların oyunlarına baxmışam. "Qarabağ" çox yaxşı komandadır, məğlubiyyətləri azdır. Rəqibin sürətli hücumları var. Oyunçuları texniki cəhətdən yaxşıdırlar. Bizim üçün çox ciddi oyundur.

Sizin üçün uzun səyahət oldu. Futbolçuların vəziyyəti necədir?

- Futbolçular üçün ciddi oyundur. Yol yorğunluğu var. Amma futbolçularıma inanıram. Komanda olaraq enerjimiz kifayət qədərdir. Onlar hamısı aktiv şəkildə oynamaq istəyirlər. Oyunçularım sabahkı matçı səbirsizliklə gözləyirlər.

- Vut Veqhorst sabahkı matçda iştirak etməyəcək. Bu haqda nə düşünürsünüz?

- Biz Vut haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə olması üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb.

- Kimin oynaya biləcəyi ilə bağlı fikriniz qətiləşib?

- Heç bir problem yoxdur. Bütün oyunçuları kifayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. "Ayaks"ın inkişafını düşünürük.

- Sabahkı matçdan gözləntiniz nədir?

- Bizim xalımız yoxdur. Amma çox istəyərdik ki, sabah "Qarabağ"la görüşdə xal qazanaq.

- "Ayaks"ın xalı yoxdur, Bakıya 6 əsas oyunçunuz gəlməyib. Demək olar ki, daha çox Erediviziyanı düşünürsüz?

- "Ayaks" oyunlara sadəcə qalib gəlmək üçün çıxır. Fərqi yoxdur, hansı oyuna çıxırıq. 7 xalı olan komandaya qarşı oynamaq kifayət qədər ciddiyyət tələb edir. Sabah əlimizdən gələni edəcəyik. Daha sonra çempionat oyunlarına baxacağıq.

- "Qarabağ"ın sizinlə müqayisədə hansı üstünlüyü var?

- "Qarabağ"ın bir neçə oyununu izləmişik, təhlil etmişik. Onlar bu mövsüm çox balanslı, böyümüş komandadır. Çox güclü oynayırlar. Kifayət qədər çox kəsərli hücumları var. Buna qarşı planlarımız var. Sabah elə oyun olacaq ki, qalib gələ də, uduza da bilərik. Sabah görəcəyik.

- "Qarabağ"da xüsusi olaraq hansı futbolçunu dəyərləndirərdiniz?

- Ad deməməyim daha yaxşı olardı. Onların müdafiə xətti çox yaxşıdır. Kifayət qədər bloklar edirlər. Orta sahə oyunçuları da yaxşıdır, çox ağıllı və sürətlidirlər. Ad çəkmək istəməzdim.

- "Qarabağ"la matç sizi qorxutmur?

- Xeyr, qorxmuruq. Baxmayaraq ki, xalımız yoxdur. Canımızı sıfır xaldan qurtarmağa çalışacağıq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər