Elçin Məsiyev Avropa Liqası oyununa təyinat aldı
İdman
190
14:46, Bu gün

Elçin Məsiyev Avropa Liqası oyununa təyinat aldı

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
 
Moderator.az xəbər verir ki, Məsiyev UEFA Avropa Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Frayburq” (Almaniya) - “Zalsburq” (Avstriya) qarşılaşmasının baş hakimi olacaq.
 
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. İngiltərəli Styuart Ettuell VAR, niderlandlı Pol van Boekel isə AVAR kimi fəaliyyət göstərəcək.
 
Görüş dekabrın 12-də Frayburq şəhərində yerləşən “Volfsvinkel” stadionunda keçiriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər