Türk futbolunda BÖHRAN: Hakimlər kütləvi aksiyaya hazırlaşır, liqalarda oyunlar təxirə salına bilər
İdman
115
14:41, Bu gün

Türk futbolunda BÖHRAN: Hakimlər kütləvi aksiyaya hazırlaşır, liqalarda oyunlar təxirə salına bilər

Türk futbolunda baş verən mərc qalmaqalından sonra verilən qərarlar türkiyəli hakimlərin qəzəbinə səbəb olub.
 
Moderator.az TGRT-yə istinadən xəbər verir ki, mərc qalmaqalından sonra türkiyəli hakimlər aksiya keçirməyə hazırlaşırlar.
 
Türkiyə Futbol Federasiyasının (TFF) sədri İbrahim Hacıosmanoğlunun hakimlər üzərində ciddi təzyiq həyata keçirdiyi iddia olunur.
 
Əldə edilən məlumata görə hakimlərin, onlara qarşı təzyiqlər və oyun qərarlarına müdaxilə iddialarına qarşı səbir kasaları daşıb. Onlar kollektiv şəkildə aksiya keçirməyi planlaşdırırlar.
 
İddialara görə, hakimlər TFF sədri və idarə heyəti haqqında UEFA-ya rəsmi şikayət yollayıblar. Hakimlərin şikayətlə kifayətlənməyəcəyi, aksiyalarını bir addım daha irəli apararaq peşəkar liqa oyunlarına çıxmama daxil olmaqla genişmiqyaslı aksiyası üzərində çalışdıqları bildirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər