Bizi sosial şəbəkələrdən izləyin:
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatında Azərbaycan millisinin 6 idmançısı 1/4 finala yüksəlib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, Sübhan Mamedov (48 kiloqram) 1/4 final uğrunda Mehron Şafiyevə (Tacikistan) qalib gəlib. O, növbəti qarşılaşmasında Şodiyorjon Melikuzyevlə (Özbəkistan) üz-üzə gələcək.
Məhəmmədəli Aşurəliyev (60 kiloqram) ardıcıl üçüncü döyüşünü qələbə ilə başa vurub. Boksçumuz 1/8 finalda Artuş Qomtsyana (Gürcütsan) gücünü göstərib. Aşurəliyev 1/4 finalda Abdumalik Xalokovu (Özbəkistan) sınağa çəkəcək.
Zaur Qəhrəmanov (67 kiloqram) Tomas Kasazzanı (Argentina) mübarizədən kənarlaşdırıb. Onun növbəti rəqibi Yevgeni Kul (Rusiya) olacaq.
Cəidcəmşid Cəfərov (75 kiloqram) Amir Abbası (Bəhreyn) hər üç raundda məğlub edib. Cəfərov yarımfinala gedən yolda Fazliddin Erkinboyevlə (Özbəkistan) qarşılaşacaq.
Alfonso Dominqes (92 kiloqram) Matias Verona (Argentina) nokautla qalib gəlib. Dominqes 1/4 finalda Andrey Zaplitni (Moldova) ilə gücünü yoxlayacaq.
Məhəmməd Abdullayev (+92 kiloqram) isə Mvoqo Zaçaryeni (Kamerun) məğlub edib. O, 1/4 finalda Dovlet İslamovla (Türkmənistan) qarşılaşacaq.
Qeyd edək ki, bu gün daha 3 boksçumuz 1/8 final döyüşünə çıxacaq.