DÇ-2026-nın oyunlarında dəyişiklik ediləcək
İdman
2771
09 Dec 2025 | 08:14

DÇ-2026-nın oyunlarında dəyişiklik ediləcək

2026-cı il dünya çempionatının oyunlarında futbolçulara üç dəqiqəlik fasilələr veriləcək.
 
Moderator.az bildirir ki, bu barədə məlumatı FIFA-nın Mətbuat Xidməti yayıb.
 
Fasilələr zamanı oyunçular su içə biləcəklər və bu, hər iki hissənin ortasında olacaq.
 
Fasilələr hava şəraitindən və temperaturdan asılı olmayaraq, bütün oyunlarda tətbiq olunacaq.
 
Xatırladaq ki, dünya çempionatı gələn yay 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər