01:17
12°C
Bakı
"Real Madrid"in hücumçusu Kilİan Mbappe İspaniya La Liqasının 15-ci turunda "Selta"ya qarşı oyunda (0:2) sol əlindəki adsız barmağını sındırıb.
Moderator.az bu barədə İspaniya KİV-ə istinadən xəbər verir.
Fransalı forvard zədəni birinci hissənin sonunda müdafiəçi Oskar Minqesa ilə toqquşmadan sonra alıb.
Bu zədə onun dekabrın 10-da Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda "Mançester Siti"yə qarşı oyunda meydana çıxmasına mane olmayacaq.
Cari mövsümdə Mbappe "Real Madrid"də bütün turnirlərdə 21 oyun keçirib, 25 qol vurub və 4 məhsuldar ötürmə edib.